Azərbaycanda aqrar sektor 3 % böyüyüb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 10 milyard 865,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,7 % artaraq 5 milyard 731 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,3 % artaraq 5 milyard 134 milyon manat təşkil edib.

Noyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 172,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 % çox dənli və dənli paxlalı bitkilər, 989,3 min ton (4,0 % az) kartof, 1 753,6 min ton (1,4 % çox) tərəvəz, 438,2 min ton (6,5 % az) bostan məhsulları, 1 084,5 min ton (2,4 % çox) meyvə və giləmeyvə, 217,5 min ton (6,3 % çox) üzüm, 1 102,4 ton (15,5 % çox) yaşıl çay yarpağı, 29,2 min ton (2,5 % çox) günəbaxan, 125,1 min ton (18,6 % az) şəkər çuğunduru, 4,2 min ton (12,2 % çox) tütün və 168,9 min ton (15,1 % az) pambıq yığılıb.

10 ay ərzində quş əti də daxil olmaqla diri çəkidə 485,4 min ton ət, 1 864,5 min ton süd, 1 832,5 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunmuşdur.

2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 %, süd istehsalı 1,5 %, yumurta istehsalı 10,5 %, barama istehsalı 4,6 % artıb, yun istehsalı isə 3 % azalıb.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}