Qazaxıstanda II Türk Dövlətləri Universiadasının açılış mərasimi keçirilib


Qazaxıstanda ll Türk Dövlətləri Universiadasının açılış mərasimi keçirilib.

Şəffaflıq.az   xəbər verir ki, mərasimdə əvvəlcə Qazaxıstan mədəniyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Ardınca iştirakçı ölkələrin paradı keçirilib. İlk olaraq Azərbaycan nümayəndələri səhnəyə çıxıblar.

Daha sonra təşkilatçı ölkə, Qazaxıstanın rəsmi şəxsləri çıxış ediblər. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, ll Türk Dövlətləri Universiadası noyabrın 10-dək davam edəcək. Azərbaycanı yarışda 4 idman növü üzrə 38 idmançı təmsil edir.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}