Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçən əhalinin 70 %-nin məşğulluğu təmin edilib.


Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçən əhalinin 70 %-nin məşğulluğu təmin edilib.

Şəffaflıq.az  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Qarabağ KOB-ları” layihəsinin təqdimatında bildirib.

"Köç edən vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi əsas hədəflərimizdəndir. Bu proses davam edəcək. Əhalinin əsas qisminə məşğulluq proqramları xitab etməlidir", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, hökumətin siyasətinin əsas xətlərindən biri “Böyük Qayıdış” proqramının həyata keçirilməsidir: "30 illik işğaldan sonra ordumuz, xalqımız Ali Baş Komandanın ətrafında birləşərək torpaqları azad etdi. Bizim qarşımızda duran ən böyük missiya həmin əraziləri Azərbaycanın ən gözəl, inkişaf edən, çiçəklənən guşəsinə çevirməkdir. Bu istiqamətdə "Böyük Qayıdış" proqramı uğurla icra edilir. Həmin ərazilərə əhali köçürülür. İlin sonuna qədər vətəndaşların köçü planlaşdırılır".

Nazir həmçinin deyib ki, indiyə qədər 124 min müharibə iştirakçısı, qazi və şəhid ailəsi üzvlərinə 380 mindən artıq xidmət göstərilib: "Onların sosial ödənişləri təmin edilib və mənzil təminatı proqramı icra edilib. Ümumilikdə son 5 ildə 1 milyondan çox insana məşğulluq xidməti göstərilib".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}