Paşinyan: “Ermənistan Aİ ilə əlaqələrin dərinləşməsində maraqlıdır”


“Ermənistan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır”.

Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, demokratiya Ermənistan üçün strateji seçimdir və bu, Aİ ilə əlaqələrin möhkəmləndirilməsi üçün möhkəm təməldir.

Onun sözlərinə görə, son dövrlərdə Ermənistanla Aİ arasında münasibətlər daha bir elementlə - təhlükəsizlik sferası ilə tamamlanıb: “Söhbət xüsusilə Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasından gedir”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}