Azərbaycan vətəndaşı Rusiyada polisə silahlı hücum etdi

 
Rusiyanın Voloqda şəhərində azərbaycanlı onun sənədlərini yoxlayan polisə silahla hücum edib.

Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, polis Voloqda şəhərində yataqxanada qeydiyyatsız yaşayanların siyahısını nəzərdən keçirən zaman azərbaycanlı qaçmağa çalışıb.

Bu zaman polis onun qaçmasına mane olub.

Cinayətkar polisə başı ilə güclü zərbə endirib və bıçaq çıxararaq onu hədələyib.

Xəstəxanaya çatdırılan polisə kəllə-beyin travması diaqnozu qoyulub.

Azərbaycan vətəndaşını polisə güc tətbiq etmə səbəbindən uzunmüddətli həbs gözləyir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}