Diametri 1 km-dən çox olan asteroid yenidən Yerin yanından keçəcək


Potensial təhlükəyə malik 349507 (2008 QY) asteroidi 34 ildən sonra yenidən Yerə yaxınlaşacaq.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA)

Yerəyaxın obyektlərin araşdırma mərkəzi məlumat yayıb.

Göy cisminin planetimizdən təxminən altı milyon kilometr aralı keçəcəyi gözlənilir.

Məlumata görə, 349507 (2008 QY) asteroidi Yerə ən sıx yaxınlaşması oktyabrın 4-də Bakı vaxtı ilə 00:39-da baş verəcək. Bu kosmik obyektlə Yer arasındakı minimal məsafə təxminən 0,042 astronomik vahid və ya təxminən 6,3 milyon kilometr olacaq.

Alimlər asteroidin diametrinin 520 ilə 1,2 min metr arasında olduğunu təxmin edirlər. Onun sürəti saniyədə 20,96 kilometrdir.

349507 (2008 QY) asteroidi ilk dəfə 1989-cu il sentyabrın 30-da kəşf edilib. Bu il fevralın 13-də yenidən görünənədək 33 il yarım elmi ictimaiyyətin nəzərindən kənarda qalıb.

Qeyd edək ki, Yerin orbitindən 7,5 milyon kilometrdən az məsafədə keçən astronomik obyektlər potensial təhlükə hesab olunur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}