Rusiya dünyada bərabəri olmayan silahını orduya verir - Müdafiə nazirliyi tarix açıqladı
Rusiya Hərbi Hava Qüvvələrinin beşinci nəsil “Su-57” təyyarələrinin ilk seriyasına bu il başa çatmadan sahib olacaq.
Bunu Rusiyanın Müdafiə nazirinin müavini Aleksey Krivoruçko deyib.
Jurnalistlərə açıqlama verən müavin ordunun mövcud razılaşması əsasında 2028-ci ilə qədər bu təyyarələrdən 76 ədəd alacağını söyləyib: “İlk təyyarə, demək olar ki, göndərilməyə hazırdır. Gələn il daha bir təyyarə veriləcək. Daha sonra istehsal artacaq”.
Qeyd edək ki, qərb mütəxəssisləri "Su-57"nin analoqsuz qırıcı olduğunu idda edir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş