Avstraliyada 11-16 milyon il əvvəl yaşamış nəhəng hörümçəyin izini tapdılar



Alimlər Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Makqrats-Fletdə aparılan qazıntılar zamanı mükəmməl qorunub saxlanmış daşlaşmış hörümçəyin qalığını aşkar ediblər.

Buğumayaqlı “Megamonodontium mccluskyi” adlandırılıb, onun yaşı təxminən 11-16 milyon il olaraq qiymətləndirilib: yəni bu hörümçək müasir Avstraliyanın ərazisi sulu tropik meşələrlə örtülü olduğu Miosen dövründə yaşayıb.

“Zoological Journal of the Linnean Society” jurnalında dərc edilən yeni bir araşdırmada elm adamları tapılan daşlaşmış hörümçəyin qalıqlarının yeganə belə qalıq olduğunu bildiriblər. Heyvan Barychelidae ailəsinə aid olub və indiki Monodontium cinsinə bənzəyir. 

Daşlaşmış hörümçək qalığının ölçüsü müasir canavar hörümçəyi ilə müqayisə edilə bilər. Onun uzunluğu təxminən 50 millimetrdir.

Şəffaflıq.az




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}