Alpinistlərimiz Ağrı dağın zirvəsində Azərbaycan bayrağını dalğalandırdılar



Azərbaycanlı alpinistlər Türkiyənin ən hündür zirvəsini fəth ediblər.

Şəffaflıq.az xəbər verir ki, peşəkar alpinist Babək İsgəndərovun rəhbərliyi ilə həyata keçirilən Ağrı dağı turuna altı azərbaycanlı alpinist qatılıb.

Babək İsgəndərov, Emin Rəsulov, Nübar Məmmədova, Hüseyn Hüseynov, Vüsal Süleymanov, Cavid Cəfərov üç gün ərzində zirvəni fəth etməyə nail olublar.

Alpinistlərin sözlərinə görə, havanın həddindən artıq soyuq olmasına baxmayaraq, onlar sentyabrın 7-si saat 7:00-da zirvədə Azərbaycan bayrağını dalğalandıra biliblər.

Qeyd edək ki, Ağrı dağı Türkiyənin şərq ucqarında, Ağrı vilayətinin ərazisində yerləşir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan isə 32 km qərbdədir. Ən hündür zirvəsi 5 137 metr olan Ağrı dağının 65%-i İğdır vilayətində, qalan 35%-i isə Ağrıdadır.

2004-cü ildən etibarən dağ yalnız “hərbi icazə” ilə alpinistlər üçün açıqdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}