Ayda Hindistanın “yatmış” aparatının şəkli çəkilib: Onun “oyanacağı” vaxt açıqlandı
NASA-nın orbital aparatı Hindistanın “yuxuya gedən” “Vikram” eniş aparatının fotosunu çəkib. Təsvirdə eniş aparatının tünd düzbucaqlı kölgəsi görünür. Qeyd edək ki, eniş aparatı “Pragyan” roverini Aya aparıb. Məlumata görə bu aparat da söndürülüb. Hindistanlı alimlər hər iki qurğunun Ayda çox soyuq gecədən salamat çıxa biləcəyi və yenidən tədqiqat missiyasını davam etdirəcəyi ümidindədirlər. Mütəxəssislərin proqnozuna görə, hər iki qurğu artıq sentyabrın 22-də “oyanıb” işlərinə davam edə bilər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş