Azərbaycanlı tələbə Polşada diş ağrısından öldü - Nəşi vətənə gətirilir
Polşada vəfat edən azərbaycanlı tələbənin nəşi vətənə gətirilir.
Şəffaflıq.az Sputnik Azərbaycan-na istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Pərviz Qalib oğlu Dadaşovun nəşinin vətənə gətirilməsi üçün sənədləşmə işləri aparılır.
Qeyd edək ki, hadisə bir neçə gün öncə baş verib. Kənd sakinlərinin verdikləri məlumata görə, tələbənin ölümünə dişində yaranan problem səbəb olub. Kəskin ağrıdan əziyyət çəkən Pərviz orada yerləşən xəstəxanalardan birində dişinə dərman qoydurub. Amma bundan sonra onun vəziyyəti bir qədər də ağırlaşıb.
Tələbənin vəziyyətinin ağırlaşması barədə ailəsinə xəbər verilib. Valideynləri övladlarını Azərbaycana gətirmək istəyən zaman oğlanın hava limanında vəziyyəti daha da kəskinləşib və onun həyatını xilas etmək mümkün olmayıb.
Qubanın Qorxmaz kəndində dünyaya gələn Pərviz Dadaşov ailənin tək oğul övladı olub. O, Azərbaycanın Dillər Universitetini bitirib və Polşa universitetlərinin birində ingilis dili fənni üzrə magistr təhsili alırmış.
Facebook-da paylaş