Günün qoroskopu: səbrli, təmkinli olun. Emosiyalara qapılmayın.


Şəffaflıq.az   dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - dəyər verdiyiniz insanlarla münasibətləri normallaşdırmaq və mövcud sərinliyi aradan qaldırmaq üçün münasib zamandır. Bütün diqqəti işə yönəldin. Yaxınlarınızla təmaslarda həssas, qayğıkeş olun.

İxtilaflar və münaqişələrin böyüməsinə imkan verməyin.

Günün ikinci yarısında əql və sağlam məntiqə arxalanın. İstənilənləri olanlar kimi qələmə verməyin. Sizi səhvlərdən və düşünülməmiş addımlardan qoruya biləcək insanın yanınızda olması pis deyil.

Məsləhətlərin istisnasız olaraq hamısını qulaqardına vurmayın.

Axşam saatlarında normal istirahət edin.
 

Buğa - rutin, cari işlərdən yaxa qurtarmağa çalışmayın. Macəra axtarışları sizi ekstravaqant olaylara təhrik edə bilər. Eksperimentlər uğursuz alına bilər. İstənilən halda dəyərli təcrübə alacaq, faydalı nəyisə öyrənəcəksiniz.

Günün ikinci yarısı səfər və səyahət, romantik macəralar üçün əlverişlidir. Dərhal yola düşmək imkanları yoxdursa, səfəri planlaşdırmağa başlayın.

Axşam saatları sevdiyiniz insanla təmaslar, görüşlər üçün yaxşıdır.
 

Əkizlər - günün ilk yarısında vaxtınızı fövtə verməyin. Müsbət təmayüllərin təsirindən yararlanmağa çalışın. İşgüzar danışıqlar pis olmayacaq. Müttəfiq və ya tərəfdaşınıza çevrilə biləcək insanla danışıqlarda sərvaxt olun.

İndiyədək sizə dəfələrlə yardım etmiş insanın köməyinə bel bağlaya bilərsiniz.

Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Əhvalınız dəyişə bilər. Heç bir səbəb olmadan təlaşa qapılmayın, nigaran qalmayın.

Xərçəng - qətiyyətli və əzmkar olun. Uzun-uzadı müzakirələr əvəzinə aktiv fəaliyyətə üstünlük verin. Yaxın ətrafınızdakı insanları başladığınız işdə konkretliklə təəccübləndirməyi bacarın. Faydalı tanışlıqlar ola bilər.

Günün ikinci yarısında sərfəli işgüzar təkliflər alacaqsınız.

Axşam saatlarına yaxın bütün diqqəti işlərinizə və çətinliklərin həllinə yönəldərək yaxınlarınızı qayğılandıran məsələləri unutmayın. Ailə üzvləri ilə səmimi olun. Ev işləri və məişət qayğılarında yaxanızı kənara çəkməyin.

Şir - işlər üçün əla gündür. Ən çətin problemlərin öhdəsindən gələ biləcəksiniz. Əməyinizə görə alacağınız mükafat pis deyil. Gözləntiləriniz tamamən doğrulacaq. Karyera pilləkənində irəliləmək şansları var. Fəndgirlik və hiyləgərliyi unutmayın.

Günün ikinci yarısı dəyər verdiyiniz insanı sevindirməyi, hədiyyə və ya sürprizi unutmayın. Mənfi təmayüllərin təsiri artacaq. Önəmsiz, mənasız məsələlərə, xırdalıqlara görə mübahisə etməyin, münaqişələrə başlamayın. Yeni münasibətlər problemlər və həyəcandan başqa heç nə vəd etmir.

Qız - yaxşı gündür. Bütün işlərdə uğur qazanacağını demək olmaz. Buna rəğmən, aktiv olun, yarımçıq işləri başa vurun. Səyləriniz hədər getməyəcək. Yeni layihəyə və ya işə başlayanda yaxın ətrafınızdakı insanların dediklərinə fikir verməyin. Çoxdankı müttəfiqlərdən biri sizi dəstəkləməyəcək. Amma kənar yardımlar olmadan da işləri bitirəcəksiniz.

Günün ikinci yarısında yaxınlarınızdan birinin köməyə ehtiyacı var. Yardım əməli, maddi və ya mənəvi ola bilər. Ailə bağlarını möhkəmləndirin. Küsülü qohumları barışdırın. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Təxəyyülü işə salın.

Tərəzi - yeni, geniş miqyaslı və mürəkkəb işlərə başlamaq olar. Dərhal, qısa müddətdə uğura nail olmaq asan deyil. Lakin qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyişdə çox yaxşı təcrübə əldə edə bilərsiniz. Faydalı tanışlıqlar istisna deyil.

Bacarıq və istedadınıza şübhə edən insanlara kim olduğunuzu günün ikinci yarısında sübut edə bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində sizi sürprizlər gözləyir. Çox işlərin öhdəsindən gələ bilərsiniz.

Axşam saatlarına yaxın maraqlı təkliflər alacaqsınız.

Şəxsi münasibətlərdə köklü dəyişikliklər olaq. Ehtiyatlı davranın. Təşəbbüskarlıq məsləhət deyil. Stabillikdən həzz alın. Axı durumun rəvanlığı o qədər də pis deyil.

Əqrəb - hadisələrlə zəngin gündür. Sizi maraqlı olaylar gözləyir. Peşəkar fəaliyyət sahəsində eksperimentlərdən qorxmayın. Yazılmamış qanunları, ənənələri müvəqqəti də olsa, unutmaq mümkündür. İşgüzar həyatda və şəxsi münasibətlərdə köklü dəyişikliklərə başlamaq olar.

Günün ikinci yarısında planlaşdırılmamış səfər istisna deyil. Dəvət aldığınız tədbirlərə qatılın. Diqqət mərkəzində olacaqsınız. Ən sərt və tələbkar insanlarda belə, özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Oxatan - çətinliklər sizi qorxutmasın. Yaşam tonusunuzun səviyyəsi yüksəkdir. Ən çətin problemləri hədd etmək, müşkül sədləri dəf etmək iqtidarındasınız. Mühüm və sizi ruhlandıracaq məlumat alacaqsınız.

İşdə rəhbərliklə fikir ayrılıqlarına son qoymaq, peşəkar mövqeləri möhkəmlətmək olar.

Günün ikinci yarısında intuisiyanız iti olmalıdır. Maliyyə məsələlərini sürətlə həll edin. Şəxsi münasibətlərdə köklü dəyişikliklər zamanı deyil.

Avantüra və macəra aramayın.

Oğlaq - yeni ideyalar və planlar az deyil. Bir qədər əvvəl məşğul olmaq istədiyiniz işləri unutmayın. Niyyətlərinizlə istəklərinizdə ziddiyyət yaranmasın. Ani hisslərə aldanmayın. Ehtiyatlı, sərvaxt olun.

Günün ikinci yarısında kiçik məhdudiyyətlər bir sıra ciddi problemlərdən qorunmağa imkan verəcək. Həmin problemlərin fəsadları çox ağır ola bilər.

İşdə rəhbərliklə münasibətlər asan deyil. Yaşlı qohumlarla təmaslarda qayğıkeş və həssas davranın. Sevdiyiniz insan sizi dəstəkləyəcək. O, qərarlarınızın motivləri ilə bəzən razılaşmasa da, sizi tək qoymayacaq.

Dolça - asan, rahat gündür. Yaradıcılıq planlarınızı reallaşdıra bilərsiniz. Əvvəlcədən hazırladığınız layihələrdən birini gerçəkləşdirməyə başlayın. İşgüzar danışıqlar pis keçməyəcək. Mövqelərinizdən geri çəkilməyin, inadkar olun. Amma yaxın ətrafınızdakı insanların maraqlarını və istəklərini qulaqardına vurmayın.

Günün ikinci yarısı yeni tanışlıqlar zamanıdır. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Yeni başlayacaq münasibətlərin harmonik alınmasına can atın.

Balıqlar - səbrli, təmkinli olun. Emosiyalara qapılmayın. Özünütənqid səviyyəsini absurda çatdırmayın. Ağır, çətin situasiyalarda dürüst davranış modelini seçin.

Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün effektiv çalışın. Sevdiyiniz işlə məşğul olun. Darıxdığınız insanla görüşün. Bir sözlə, məqbul bildiklərinizi edin.

Günün ikinci yarısı işgüzar münasibətlər üçün pis deyil. Yeni işə başlaya bilərsiniz. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri o qədər də güclü olmayacaq. Sevdiyiniz insanlarla hissləriniz qarşılıqlıdır.
 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}