Ukrayna Krımın azad olunması üçün quru əməliyyatlarına başlayır
“Krımın azad olunması üçün quru əməliyyatlarına başlayacağıq”. Şəffaflıq.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. O bildirib ki, yarımadanın Rusiya işğalında azad edilməsi uzaqda deyil: “Biz ərazilərimizi geri qaytaracağıq”. Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib. Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyünün bərpa olunması, o cümlədən Krımın azad edilməsi ilə başa çatmalıdır.
Xəbəri paylaş
Facebook-da paylaş