Azərbaycanın daha bir pauerliftinqçisi dünya çempionu olub


Pauerliftinq üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının qalibi olub.

Milli Paralimpiya Komitəsindən  verilən məlumata görə, bu dəfə Zəhra Dadaşova 2 qızıl medal qazanıb.

İdmançı +55 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və ümumi çəkiyə görə (223 kq) buna nail olub.

Qeyd edək ki, daha əvvəl Leyla Kərimova (+86 kq) 2 qızıl, Talıb Zeynalov (+107 kq) isə 2 gümüş medal qazanıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}