Dünyanın ən böyük İNSAN ALVERÇİSİ YAXALANDI

 

Braziliyanın federal polisi dünyanın ən böyük kölə tacirlərindən biri hesab olunan Seyfullah əl-Məmunu həbs edib.

"Reuters" əl-Məmunun Banqladeş əsilli olduğunu bildirib.

Bundan başqa, Braziliyanın hüquq-mühafizə orqanları əl-Məmuna bağlı çalışan insan alverçilərinin iri bandasını zərərsizləşdirməyə də müvəffəq olub.

Gələn informasiyalarda cinayətkarların yaxalanması əmliyyatının ABŞ-ın İmmiqrasiya və gömrük nəzarət xidməti ilə birlikdə keçirildiyi bildirilir.

Braziliya təhlükəsizlik strukturları kölə tacirini San-Pauluda, bu işlə məşğul olan digər 3 mafiya liderini isə digər şəhərlərdə ələ keçirməyə müvəffəq olub.

Aparılan əməliyyat zamanı canilərin 42 bank hesabı qapadılıb.

Xəbərlərdə Seyfullah əl-Məmunun Brazliyaya 6 il öncə gəldiyi və qaçqın statusu ilə sığınıcaq aldığı vurğulanır. Onun dünyanın bütün miqrantlarının evi hesab olunan Venseslau-Bras şəhərində yaşadığı qeyd edilir.

Çox güman ki, əl-Məmun ABŞ-a ekstradisiya edilə bilər. ABŞ Ədliyyə naziriylinin məlumatına görə, bu adam qaçaqmalçıların köməyi ilə Asiyadan San-Pauluya qul gətirilməsi ilə məşğulmuş.

Onun Peru, Ekvador, Panama, Kosta-Rika, Nikaraqua, Honduras, Qvatemala və Meksikada şəbəkələri ortaya çıxıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}