Əsas Səhifə > Kriminal > Dünyanın ən böyük İNSAN ALVERÇİSİ YAXALANDI
Dünyanın ən böyük İNSAN ALVERÇİSİ YAXALANDI3-11-2019, 22:43 |
Braziliyanın federal polisi dünyanın ən böyük kölə tacirlərindən biri hesab olunan Seyfullah əl-Məmunu həbs edib. "Reuters" əl-Məmunun Banqladeş əsilli olduğunu bildirib. Bundan başqa, Braziliyanın hüquq-mühafizə orqanları əl-Məmuna bağlı çalışan insan alverçilərinin iri bandasını zərərsizləşdirməyə də müvəffəq olub. Gələn informasiyalarda cinayətkarların yaxalanması əmliyyatının ABŞ-ın İmmiqrasiya və gömrük nəzarət xidməti ilə birlikdə keçirildiyi bildirilir. Braziliya təhlükəsizlik strukturları kölə tacirini San-Pauluda, bu işlə məşğul olan digər 3 mafiya liderini isə digər şəhərlərdə ələ keçirməyə müvəffəq olub. Aparılan əməliyyat zamanı canilərin 42 bank hesabı qapadılıb. Xəbərlərdə Seyfullah əl-Məmunun Brazliyaya 6 il öncə gəldiyi və qaçqın statusu ilə sığınıcaq aldığı vurğulanır. Onun dünyanın bütün miqrantlarının evi hesab olunan Venseslau-Bras şəhərində yaşadığı qeyd edilir. Çox güman ki, əl-Məmun ABŞ-a ekstradisiya edilə bilər. ABŞ Ədliyyə naziriylinin məlumatına görə, bu adam qaçaqmalçıların köməyi ilə Asiyadan San-Pauluya qul gətirilməsi ilə məşğulmuş. Onun Peru, Ekvador, Panama, Kosta-Rika, Nikaraqua, Honduras, Qvatemala və Meksikada şəbəkələri ortaya çıxıb. Şəffaflıq.az Geri qayıt |