Moskvaya doğru uçan iki pilotsuz təyyarə vurulub
Rusiyanın paytaxtı Moskva istiqamətində uçan iki hücum pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin öz teleqram kanalında bildirib. "Gecə saat dörd radələrində Hava Hücumundan Müdafiə Qüvvələri şəhərə doğru uçan iki PUA-nı vurub. Biri Kaluqa vilayətində, digəri isə Mərkəzi Dairəvi yol ərazisində", - o yazıb.
Xəbəri paylaş
Facebook-da paylaş