Sergey Sobyanin: “Moskvanın 2%-i koronavirusa yoluxub”

 

“Əhalinin müxtəlif qrupları üzərində aparılan araşdırma nəticəsində Moskva sakinlərinin 2%-nin koronavirusla xəstləndiyini deyə bilərik.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu bəyanat Rusiyanın paytaxtının meri Sergey Sobyaninin dilindən səslənib. Onun sözlərinə görə, bu hələ “pandemiyanın vurduğu dünya şəhərləri içində minimal göstəricidir”.

Bununla belə, şəhər meri dəqiq rəqəmləri söyləməyib. Rusiya statistik xidmətinin 2020-ci ilin yanvarın 1-nə olan məlumatına əsasən, Moskvanın əhalisi 12 678 079 nəfər olub. Beləliklə 2% təxminən 253,5 min nəfərə uyğun gəlir. Federal operativ qərargahdan gələn rəsmi xəbərlərə görə isə Rusiyada koronavirusa yoluxanlaın bu vaxta qədər təsdiq olunmuş sayı 125 mindir. Bu göstəricilərlə RF artıq Çin, İran və Türkiyəni ötüb keçib.
Sergey Sobyanın paytaxtda infeksiyanın aşkarlanmasını iki dəfə sürətləndirdiklərini qeyd edib. Onun iddiasına görə, Moskva bu məsələdə dünya liderlərindən birinə çevrilib. Bundan başqa, şəhər poliklinikaları kompüter tomoqrafiyası metodlarının köməyi ilə koronavirus diaqnostikası işini artırıblar. Buna görə 24 saat işləyən 45 ambulator mərkəz qurulub.

Rusiyanın Federal tibbi-bioloji agentliyinin rəhbəri Veronika Skvortsova ölkənin COVİD-19-la yoluxmada yüksələn xətdən artıq platoya (eyni göstərici səviyyəsi nəzərdə tutlur-red) keçdiyini vurğulayıb. O, bu vəziyyətin dəyişə biləcəyini istisna etmədiklərini söyləyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}