Tamila Taşeva: Krım körpülərinə və hərbi obyektlərə endirilən zərbələr nəticəsində yarımadanı tədricən tərk edir”.


“Rusiya vətəndaşları Krım körpülərinə və hərbi obyektlərə endirilən zərbələr nəticəsində yarımadanı tədricən tərk edir”.

Şəffaflıq.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsi Tamila Taşeva telemarafonun efirində deyib.

Onun sözlərinə görə, xalqın bir hissəsi bu partlayışlara sevinir: “Çünki onlar yarımadanın azad edilməsi ehtimalının daha real olduğunu anlayırlar. Siyasi və diplomatik həll yolu kifayət qədər uzundur. İnsanlar başa düşürlər ki, Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbələr sayəsində azadlıq daha yaxındır”.

T.Taşeva bildirib ki, hədə-qorxuya baxmayaraq, Krımdakı bir çox insan Ukraynaya dəstəyini açıq ifadə edir: “Yarımadadakı rus işğalçıları isə repressiyaları gücləndirirlər".

Daimi nümayəndə özünün də Krıma qayıtmağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Krımda Rusiya vətəndaşlarının sayının 500-800 min civarında olduğu bildirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}