“Cəbhədə vəziyyət həddən artıq gərgindir”.


“Cəbhədə vəziyyət həddən artıq gərgindir”.

Şəffaflıq.az xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib.

O bildirib ki, əks-hücum əməliyyatları ilə bağlı konkret qrafik yoxdur: “Kiyevdən başqa kimsə əks-hücum əməliyyatlarımızı müəyyənləşdirə bilməz. Hansısa müddətlərdən danışanlar hərbi əməliyyatların nə olduğunu başa düşmürlər. Əməliyyat şəraiti çətin və mürəkkəbdir. Buna təsir edən bir sıra amillər var”.

O.Danilovun sözlərinə görə, Ukrayna öz silahları ilə Rusiya ərazisinə zərbələr endirmək hüququna malikdir: “Qarşı tərəf demək olar hər gün bizim uşaqlarımızı öldürür. Biz buna necə dözə bilərik?”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna ordusu bu ilin iyunundan cəbhədə əks-hücum əməliyyatları həyata keçirir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}