Azərbaycanın iki güləşçisi dünya çempionu oldu


Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Güləş Federasiyasından verilən məlumata görə, 45 kiloqramda Turan Daşdəmirov və 60 kiloqramda Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib.

92 kiloqramda mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub - 3:1.

Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kiloqram) mundialı gümüş medalla başa vurub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}