Zelenski Milli Təhlükəsizlik Şurasının səyyar toplantısını keçirib
Ukrayna Prezidenti Volodimir Zelenski Dnepr şəhərində Milli Təhlükəsizlik Şurasının (Stavkanın) səyyar toplantısını keçirib. Şəffaflıq.az xəbər verir ki, bunu dövlət başçısı teleqram kanalında yazıb. İclasda cəbhədəki vəziyyət və əks-hücumun gedişi müzakirə olunub. Yığıncaqda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general-leytenant Valeri Zalujnı, Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski və “Tavriya” Qoşunları Qrupunun komandanı briqada generalı Oleksandr Tarnavskinin məruzələri dinlənilib. İclasda Ukrayna Hava Hücumundan Müdafiə sistemlərinin istifadəsi və gücləndirilməsinin səmərəliliyi nəzərdən keçirilib.
Xəbəri paylaş
Facebook-da paylaş