Əsas Səhifə > REGİON > Zelenski Milli Təhlükəsizlik Şurasının səyyar toplantısını keçirib
Zelenski Milli Təhlükəsizlik Şurasının səyyar toplantısını keçirib27-07-2023, 16:37 |
Ukrayna Prezidenti Volodimir Zelenski Dnepr şəhərində Milli Təhlükəsizlik Şurasının (Stavkanın) səyyar toplantısını keçirib. Şəffaflıq.az xəbər verir ki, bunu dövlət başçısı teleqram kanalında yazıb. İclasda cəbhədəki vəziyyət və əks-hücumun gedişi müzakirə olunub. Yığıncaqda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general-leytenant Valeri Zalujnı, Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski və “Tavriya” Qoşunları Qrupunun komandanı briqada generalı Oleksandr Tarnavskinin məruzələri dinlənilib. İclasda Ukrayna Hava Hücumundan Müdafiə sistemlərinin istifadəsi və gücləndirilməsinin səmərəliliyi nəzərdən keçirilib. Geri qayıt |