Şoyqu koreyalı həmkarı ilə əməkdaşlığı gücləndirmək barədə müzakirə aparıb
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyanda Şimali Koreyanın müdafiə naziri Kan Sun Nam ilə danışıqlar aparıb. “Report” TASS-a istinadən xəbər verir ki, S.Şoyqu danışıqların müdafiə nazirlikləri arasında əməkdaşlığı gücləndirməyə kömək edəcəyini deyib. Qeyd edək ki S.Şoyqunun səfəri 1950-1953-cü illər müharibəsində Şimali Koreya xalqının qələbəsinin 70 illiyi ilə bağlı keçiriləcək bayram tədbirləri ilə bağlıdır. Səfər iyulun 25-də başlayıb.
Xəbəri paylaş
Facebook-da paylaş