Ərdoğan Qətər əmiri ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Qətər Xəbər Agentliyi məlumat yayıb. Ərdoğanın Fars körfəzi ölkələrinə 3 günlük səfərinin ikinci dayanacağı Qətərdir ki, bu da ölkə iqtisadiyyatına investisiya cəlb etmək məqsədi daşıyır. Türkiyə Prezidenti bundan əvvəl Səudiyyə Ərəbistanına səfər edib, Qətər səfərindən sonra isə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Səfərin yekunlarına əsasən Ərdoğan region ölkələrinin hökumətləri və iri şirkətləri ilə 50 milyard dollardan çox investisiya müqaviləsi imzalamağı planlaşdırır. Qətər Türkiyə iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkələrdən biridir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 18% artaraq təxminən 2,2 milyard dollara çatıb.
Facebook-da paylaş