Bu ay üçün kosmik hava proqnozu açıqlanıb


Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası iyul ayı üçün kosmik hava proqnozunu açıqlayıb.

Bu barədə BDU-dan bildirilib.

Qeyd edilib ki, iyulun 2-də Günəş səthindəki 3354 oblastında güclü və davamlı X1 alışması baş verib. 3359 oblastında baş vermiş M2.0 alışması iyul ayının əvvəlində ikinci güclü alışma olub. Son alışma tac kütlə atılması (“coronal mass ejection” - CME) meydana gətirsə də, onun Yerə təsir etməyəcəyi, geoeffektiv olmayacağı proqnozlaşdırılıb.

Geomaqnit aktivliyini göstərən Kp əmsalının orta qiymətinin 2023-cü ilin iyul ayı üçün iki-dörd intervalında olacağı, ayrı-ayrı tarixlərdə yüksələcəyi gözlənilir. Belə ki, iyulun 8-də Kp əmsalının dörd, iyulun 11-13-də isə beş olacağı, G1 səviyyəsində mülayim geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}