Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi açıqlanıb

 "Azərbaycanda insanlar arasında qeyri-yoluxucu xəstəliklərdən ən geniş yayılanı hipertoniyadır (qan təzyiqinin yüksəlməsi). Bu da nəticədə insanlarda insult və ürək qan-damar xəstəliklərinə səbəb olur".
Şəffaflıq.az "Report"-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Onun sözlərinə görə, növbəti sırada şəkərli diabet, xərçəng, xroniki tənəffüs yolları xəstəlikləri gəlir: "Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi qeyri-yoluxucu xəstəliklərdir.
Qeyri-yoluxucu xəstəliklər, adətən, genetik, fizioloji, ətraf mühit və davranış faktorlarının kombinasıyası olan və uzun müddət davam edən xroniki xəstəliklərdir. Tütündən istifadə, fiziki hərəkətsizlik, hava kirliliyi, spirtli içkilərin zərərli istifadəsi, qeyri-sağlam pəhriz qeyri-yoluxucu xəstəliklərdən əziyyət çəkən insanların sayında artıma səbəb olur".
H.Harmançı vurğulayıb ki, Avropada ölümlərin, təxminən, 90%-ni təşkil edən qeyri-yoluxucu xəstəliklər əhalinin rifahına, xəstələrin müalicəsi üçün çalışan səhiyyə sistemlərinə, bütövlükdə bölgənin iqtisadi inkişafına və artan qeyri-bərabərliyə ciddi təsir göstərir:
"Həssas qrupun üzvü olan və sosial cəhətdən imtiyazsız insanlar yüksək sosial statusa malik insanlardan daha tez xəstələnir və dünyasını dəyişir. Çünki onların tütün və qeyri-sağlam pəhriz kimi zərərli məhsullara məruz qalma riskləri daha yüksəkdir və tibbi xidmətlərə məhdud çıxışları var".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}