Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi açıqlanıb
Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi açıqlanıb30-10-2019, 19:06 |
"Azərbaycanda insanlar arasında qeyri-yoluxucu xəstəliklərdən ən geniş yayılanı hipertoniyadır (qan təzyiqinin yüksəlməsi). Bu da nəticədə insanlarda insult və ürək qan-damar xəstəliklərinə səbəb olur". Şəffaflıq.az "Report"-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. Onun sözlərinə görə, növbəti sırada şəkərli diabet, xərçəng, xroniki tənəffüs yolları xəstəlikləri gəlir: "Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi qeyri-yoluxucu xəstəliklərdir. Qeyri-yoluxucu xəstəliklər, adətən, genetik, fizioloji, ətraf mühit və davranış faktorlarının kombinasıyası olan və uzun müddət davam edən xroniki xəstəliklərdir. Tütündən istifadə, fiziki hərəkətsizlik, hava kirliliyi, spirtli içkilərin zərərli istifadəsi, qeyri-sağlam pəhriz qeyri-yoluxucu xəstəliklərdən əziyyət çəkən insanların sayında artıma səbəb olur". H.Harmançı vurğulayıb ki, Avropada ölümlərin, təxminən, 90%-ni təşkil edən qeyri-yoluxucu xəstəliklər əhalinin rifahına, xəstələrin müalicəsi üçün çalışan səhiyyə sistemlərinə, bütövlükdə bölgənin iqtisadi inkişafına və artan qeyri-bərabərliyə ciddi təsir göstərir: "Həssas qrupun üzvü olan və sosial cəhətdən imtiyazsız insanlar yüksək sosial statusa malik insanlardan daha tez xəstələnir və dünyasını dəyişir. Çünki onların tütün və qeyri-sağlam pəhriz kimi zərərli məhsullara məruz qalma riskləri daha yüksəkdir və tibbi xidmətlərə məhdud çıxışları var". Geri qayıt |