Argentinalı səyyah: “Qarabağdakı dağıntılar dərin kədər hissi yaradır”
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntılar dərin kədər hissi yaradır”. Bunu “Report”a açıqlamasında beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edən Argentinadan olan səyahətçi Nikolas Paskuale deyib. O qeyd edib ki, bu regionun həqiqətən də sülhə ehtiyacı var: “Biz burada baş verən hər şeyi görmək üçün Qarabağdayıq. Bu gün mən ilk dəfə mina partlayışını gördüm (tapılmış minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi prosesi zamanı). Biz bütün dağıntıları gördük. Bunu dünyanın başqa yerlərində də görmüşəm və bu, hər zaman çox kədərlidir”. Xatırladaq ki, beynəlxalq səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər. Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub. Şəffaflıq.az
Facebook-da paylaş