“iPhone”un rəngi sizin haqqınızda nə deyir? - FOTO
Biz telefonla dünyadakı hər şey haqqında danışmağa öyrəşsək də, telefonun haqqımızda nə dediyinin fərqinə varmırıq. Seçiminiz “iPhone” smartfonudursa, bu, artıq etibarlılığı və keyfiyyəti qiymətləndirdiyinizdən, eyni zamanda yeniliklərə açıq olduğunuzdan xəbər verir. Smartfonunuzun rənginin haqqınızda nə dediyini isə ən müasir iPhone 14 və iPhone 14 Plus smartfonlarının nümunəsində nəzərdən keçirək. XX əsrin ortalarında isveçrəli psixoterapevt Maks Luşer insanın psixofizioloji vəziyyətini, onun stresə davamlılığını, aktivliyini və ünsiyyət bacarıqlarını, həmçinin stresin mövcudluğunu və səbəblərini müəyyən etməyə imkan verən rəng testi hazırlayıb. Məlum olub ki, müəyyən bir rəngə olan meyil daxilimizdə baş verənləri çox dəqiq əks etdirir. Bu o deməkdir ki, biz mavi libasa və ya qırmızı smartfona əbəs yerə üstünlük vermirik. Bunu nəzərə alaraq, insanın sadəcə telefonuna baxmaqla onun haqqında çox şey öyrənə bilərik. Sınayaq? Sarı (“Yellow”) Bu rəng iPhone 14 və 14 Plus üçün yenilik hesab olunur. Bu gözəl, parlaq və şən rəng insana nikbinlik və enerji ötürür. Çində sarı tərəqqi və firavanlıqla assosiasiya olunur. Bu ölkədə geniş yayılmış bir deyimə görə, kim sarı rəngi öz həyatına buraxarsa, uğur onun yanında olar. Höte isə yazırdı ki, bu rəng parlaq hisslər oyadır. Alimlər təsdiq edirlər ki, sarı rəng sinir sisteminin fəaliyyətini stimullaşdırır, apatiya və ruh düşkünlüyü zamanı kömək edir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Təəccüblü deyil ki, sarı rəngin təsiri altında orqanizm xoşbəxtlik hormonu olan serotonin ifraz etməyə başlayır. Psixoloqların fikrincə, sarı rəngi cəsarətli xəyalpərəstlər və düşüncələri göylərdə pərvaz edənlər seçirlər. Bunlar ümid və özünəinamla dolu şən və aktiv insanlardır. Beləliklə, əgər bu keyfiyyətlərin çatışmazlığından əziyyət çəkirsinizsə, deməli həyatınıza bir az sarı rəng əlavə etməlisiniz. Qara (“Midnight Black”) Tünd göy çalarlı bu inanılmaz dərin rəng “darıxdırıcı olmayan” qara axtaranlar üçün mükəmməl həldir. Ətrafdakılar üçün bu rəng intellekt, sakitlik, prinsipiallıq, ehtiyatlılıq, məqsədə çatmaq yolunda əzmkarlıq və möhkəmlik ilə assosiasiya olunur. “Midnight Black” hər qərarı ətraflı götür-qoy edən insanların ürəyincə olacaq. Axı bu rəng nə çox dəbdəbəli, nə də çox sadə görünməyəcək. Bənövşəyi (“Purple”) “Alma” ailəsindəki bu yeni rəng incə yataq çalarlarına malikdir. Rəsmi adı "Bənövşəyi" olsa da, bir çoxları onu "Açıq yasəmən" rəngi adlandıracaqlar. Belə tonları daha çox istedadlı, ağıllı, fərasətli insanlar sevirlər. Onlar həmişə xoşagəlməz vəziyyətdən çıxmaq və ya arzuolunmaz suala birbaşa cavab verməkdən yayınmaq üçün bir yol tapacaqlar. Onların xəyalları göylərdə uçduğundan dünyadan xəbərsiz olurlar, ancaq yerə enərkən özləri ilə çox yaradıcı ideyalar gətirirlər. Ağ ("Starlight") Ağ rəngin bu versiyası "Ulduz işığı" ("Starlight") adlanır. Bu rəng isti qaymaq-şampan çalarlarına malikdir. Bu rəngə nikbinliyi, ardıcıllığı və dürüstlüyü ilə seçilən etibarlı, dəqiq və həssas insanlar üstünlük verəcəklər. Onlar liderlik keyfiyyətlərinə malikdirlər, uğur qazanmağa və tanınmağa çalışırlar, lakin tabiət etibarilə həssas olaraq qalırlar. “Starlight” rəng çalarına malik “iPhone” sahibləri, demək olar ki, istənilən işdə qabaqcıllardan olurlar - onlar hər şeyin yenisini sevirlər və istənilən işdə mükəmməlliyə can atırlar. Mavi (“Blue") Göy-mavi çalarlı smartfonu inkişaf etmiş intuisiya və empatiya hissi olan, səmimiyyəti və nəzakətliliyi ilə seçilən insanlar seçəcəklər. Bu yaradıcı, və həssas insanlar xəyallar dünyasına səyahət etməkdən çəkinmirlər. Onlar etibarlıdırlar və ya ən azı etibarlı görünməyə çalışırlar. Yeri gəlmişkən, mavi rəngin yorğunluq hissini aradan qaldırmaq qabiliyyətinə malik olduğuna inanılır. Buna görə də, bütün varlığını işə və ya təhsilə həsr edənlər üçün mavi rəngli smartfon yaxşı həll yolu ola bilər. Qırmızı (“Product (Red)") Qırmızının bu parlaq çaları öz istəyinə nail olmağı bacaran aktiv insanların seçimidir. Bu şən və ünsiyyətcil insanların məsələlərə öz baxışları olur. Onlar öz baxışlarını müdafiə etməyi bacarırlar. Belə insanlar diqqət mərkəzində olmağı sevirlər və müxtəlif yollarla diqqəti özlərinə cəlb etməyə çalışırlar. Onlar üçün ən pis xüsusiyyət simasızlıq və apatiyadır. Başqaları hələ düşündüyü bir zamanda onlar artıq hərəkət edirlər. Smartfonun rənginin seçiminə gəlincə, onlar üçün cavab bəllidir: qırmızıdan başqa nə ola bilər ki?! Əgər smartfonunuzun rəngi xarakterinizə uyğun gəlmirsə, ola bilər ki, o, sözün əsl mənasında “köhnəlib” və yeni bir qadcet axtarmağın vaxtıdır. Orijinal “iPhone”ları “Apple” brendinin Azərbaycanda rəsmi resellerlərindən əldə edə bilərsiniz: iSpace, Kontakt Home, Irshad Telecom, Baku Electrinics, MyShops, Soliton, Maxi, Azercell, Bytelecom. Şəffaflıq.az
Facebook-da paylaş