Xəmirdən düyü hazırlanıb satılır?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda xəmirdən düyü hazırlanması və satılması ilə bağlı yayılan məsələyə münasibət bildirib. Oxu.Az-ın məlumatına görə, sədr jurnalistlərə açıqlamasında bildirib ki, agentlik tərəfindən aparılan monitorinqlərdə bu hala rast gəlinməyib: “Hər bir məhsul kimi, düyünün də genetik daşıyıcısı var. O, plastik və xəmirdən olarsa, DNT-si ola bilməz. Düyü ilə bağlı bu cür məlumatlar yalandır. Düyü xalisdir”. İlhamə Əbülfət Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş