Elnur Əliyev: “Biologiya ilə fizika ayrıca fənn kimi tədris olunmayacaq”
“Artıq məktəblərdə fənlərin standartlarına baxılması üçün müzakirələrə başlanılıb”. Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. Onun sözlərinə görə, yeni tədris ilindən bütün məktəblərin 6-cı siniflərində yeni məzmunlu təbiət fənninin tədrisinə başlanılacaq: “Bununla da biologiya ilə fizika ayrıca fənn kimi tədris olunmayacaq”. İlhamə Əbülfət Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş