Səudiyyə Ərəbistanı klubu növbəti həftə Messinin transferini elan edə bilər
PSJ ilə müqavilə müddəti başa çatacaq Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. “Əl-Hilal” argentinalı ulduzun transferində israrlıdır. Son məlumatlara görə, klub gələn həftənin əvvəlində keçidi tamamlamaq və iyunun 6-da transferi açıqlamaq niyyətindədir. Daha əvvəl PSJ-nin baş məşqçisi Kristof Qaltye Liqa 1-in 38-ci turunda “Klermon”la qarşılaşmanın Messi üçün Paris klubunda sonuncu olacağını açıqlayıb. Ancaq klub daha sonra bu məlumatı təkzib edib. Messinin xidmətində İspaniya “Barselona”sı və ABŞ “İnter Mayami”si də maraqlıdır. Mənbə: Sport Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş