Avropada günün maraqlı futbol oyunları: Fransada mövsümə yekun vurulur - AFİŞA


Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.

Oxu.Az xəbər verir ki, Fransa Liqa 1-də mövsümə yekun vurulacaq.

38-ci turda Avropa Liqası və Konfrans Liqasına vəsiqələrin sahibləri, eyni zamanda elita ilə vidalaşacaq sonuncu komanda dəqiqləşəcək.

Çempionluğu rəsmiləşdirmiş PSJ öz meydanında “Klermon”u sınağa çəkəcək. Avropa Liqası uğrunda mübarizəni davam etdirən “Renn” “Brest”in qonağı olacaq. Avrokuboklara iddialı “Monako” öz meydanında “Tuluza”nı sınağa çəkəcək. Cüzi şansları qalan “Lion” isə “Nitsa”nın qonağı olacaq.

Daha iki qarşılaşma elitada mövqeyini qorumağa çalışan komandalar üçün əhəmiyyət daşıyır. Təhlükəli zonada olan “Nant” öz meydanında sonuncu “Anje”ni məğlub edib, “Oser”in evdə gümüş medalları təmin edən “Lans”a məğlubiyyətinə ümid edəcək.

Fransa Liqa 1-də son turun bütün oyunları Bakı vaxtı ilə 23:00-da (bütün saatlar Bakı vaxtı ilə göstərilib - red.) start götürəcək.

İtaliya A Seriyasında bu gün gümüş medalçı müəyyənləşəcək. Hazırda 69 xalla 3-cü pillədə qərarlaşan “İnter” səfərdə “Torino”dan güclü olmağa çalışacaq. Matçın start fiti saat 20:30-da səslənəcək. “İnter”i iki xal üstələyən “Latsio” isə “Empoli”nin qonağı olacaq. Bu qarşılaşma saat 23:00-da başlayacaq.

Türkiyə Super Liqasında Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” “Karagümrük”ü qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək. 3-cü pillədə qərarlaşan və 2-cilik şanslarını davam etdirən “Beşiktaş” isə “Kasımpaşa”nın qonağı olacaq. Bu görüş 20:00-da başlayacaq.

Avropada günün maraqlı futbol oyunları

3 iyun

Fransa Liqa 1

23:00. PSJ - “Klermon”

23:00. “Brest” - “Renn”

23:00. “Monako” - “Tuluza”

23:00. “Nitsa” - “Lion”

23:00. “Nant” - “Anje”

23:00. “Oser” - “Lans”

İtaliya A Seriyası

20:30. “Torino” - “İnter”

23:00. “Empoli” - “Latsio”

Türkiyə Super Liqası

17:00. “Konyaspor” - “Karagümrük”

20:00. “Kasımpaşa” - “Beşiktaş”

Faiq Tahirov

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}