Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA


Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, İngiltərə Premyer Liqasında çempionluğa oynayan “Mançester Siti” “Lester”i sınağa çəkəcək. Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayacaq. Lider “Arsenal” sabah saat 17:00-da “Vest Hem”in qonağı olacaq. “Mançester Yunayted” isə səfərdə “Nottingem”in müqavimətini qırmağa çalışacaq.

Fransa Liqa 1-də lider PSJ ən yaxın izləyicisi “Lans”la münasibətlərinə aydınlıq gətirəcək. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da başlanacaq.

Almaniya Bundesliqasında çempionluğa oynayan “Bavariya” və “Borussiya” eyni gündə, eyni saatda meydana çıxacaqlar. Bu gün 17:30-da baş tutacaq qarşılaşmalarda Münhen klubu “Hoffenhaym”ı əliboş yola salmağa çalışacaq, Dortmund təmsilçisi isə “Ştutqart” səfərində uğur əldə etmək istəyəcək.

İtaliya A Seriyasında lider “Napoli” bu gün öz meydanında “Verona”nı sınağa çəkəcək. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək. Saat 17:00-da “Milan” “Bolonya” səfərində meydana çıxacaq, 22:45-də isə “İnter” “Montsa” ilə üz-üzə gələcək. Sabah “Yuventus” “Sassuolo”nun qonağı olacaq, “Roma” isə  “Udineze”ni qəbul edəcək.

İspaniya La Liqasında bu gün saat 23:00-da “Real Madrid” “Kadis”in qonağı olacaq. Lider “Barselona” sabah meydana çıxacaq. Katalonlar saat 18:15-də səfərdə “Xetafe” ilə üz-üzə gələcəklər. “Atletiko” isə “Almeriya”nı sınağa çəkəcək.

Türkiyə Super Liqasında bu gün “Fənərbağça” “Ankaragücü”nün müqavimətini qırmağa çalışacaq. Matç saat 21:30-da başlayacaq. Sabah isə “Beşiktaş” uğursuz mövsüm keçirən “Trabzonspor”un qonağı olacaq.

Həftəsonunun ən maraqlı oyunları

15 aprel

İngiltərə Premyer Liqası

20:30. “Mançester Siti” - “Lester”

Fransa Liqa 1

23:00. PSJ - “Lans”

Almaniya Bundesliqası

17:30. “Bavariya” - “Hoffenhaym”

17:30. “Ştuttqart” - “Borussiya” (Dortmund)

İtaliya A Seriyası

17:00. “Bolonya” - “Milan”

20:00. “Napoli” - “Verona”

22:45. “İnter” - “Montsa”

İspaniya La Liqası

23:00. “Kadis” - “Real Madrid”

Türkiyə Super Liqası

21:30. “Fənərbağça” - “Ankaragücü”

16 aprel

Premyer Liqa

17:00. “Vest Hem” - “Arsenal”

19:30. “Nottingem” - “Mançester Yunayted”

A Seriyası

20:00. “Sassuolo” - “Yuventus”

22:45. “Roma” - “Udineze”

La Liqa

18:15. “Xetafe” - “Barselona”

20:30. “Atletiko” - “Almeriya”

Super Liqa

21:30. “Trabzonspor” - “Beşiktaş”

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}