Sədr müavini: “Bolqarçay su anbarı boşaldılıb, texnikalar hazırda ərazidədir”


“Biləsuvarda Bolqarçay su anbarı boşaldılıb, texnikalar hazırda ərazidədir”.

“Report”un Muğan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev deyib.

O bildirib ki, dünəndən Bolqarçayın İran ərazisindən Biləsuvar rayonu ərazisinə güclü sel suları daxil olmaqdadır.

Sədr müavininin sözlərinə görə, görülmüş tədbirlər nəticəsində və suyun düzgün idarə olunması nəticəsində təsərrüfata və əhaliyə ziyan dəyməməsi üçün müvafiq tədbirlər həyata keçirilib:

“Dərhal suyun qarşılanması təmin olunub. Sel suları çatana qədər Bolqarçay su anbarındakı su boşaldılıb. Həmçinin suyun ərazilərdə kanallara bölüşdürülməsi nəticəsində suyun idarə olunması tamamilə təmin edilib. Bütün gecəboyu aidiyyəti dövlət orqanları ərazidə çalışıblar. Görülmüş tədbirlər nəticəsində hazırkı vaxta qədər hər hansı bir əraziyə su çıxmayıb və fəsadlar yaranmayıb. Texnikalar hazırda da ərazidədir”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}