Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 179 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 110, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 44, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 964 723, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 367, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 651, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 490 pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 215 təşkil edir.

Şəffaflıq.az    


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}