Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 641 vaksin vurulub.
Şəffaflıq.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 190, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 43 231, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 976 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 12 679 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 277 215, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 770 489, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 443 823, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 187 484 nəfər təşkil edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}