Azərbaycanda QİÇS xəstəliyi ilə bağlı statistika açıqlandı
2022-ci ildə Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə 89 nəfər qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Onlardan 18 yaşa qədər bir nəfər olub. Tibb müəssisələrində qeydiyyatda olanların sayı isə 2 675 nəfər olub. Qeyd edək ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə 2018-ci ildə 630 nəfər, 2019-cu ildə 686 nəfər, 2020-ci ildə 547 nəfər, 2021-ci ildə 671 nəfər qeydə alınıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş