Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda QİÇS xəstəliyi ilə bağlı statistika açıqlandı

Azərbaycanda QİÇS xəstəliyi ilə bağlı statistika açıqlandı


25-05-2023, 11:01


2022-ci ildə Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə 89 nəfər qeydə alınıb.


Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Onlardan 18 yaşa qədər bir nəfər olub. Tibb müəssisələrində qeydiyyatda olanların sayı isə 2 675 nəfər olub.

Qeyd edək ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə 2018-ci ildə 630 nəfər, 2019-cu ildə 686 nəfər, 2020-ci ildə 547 nəfər, 2021-ci ildə 671 nəfər qeydə alınıb.

Şəffaflıq.az


Geri qayıt