Azərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 0,70 ABŞ dolları və ya 0,88% artaraq, 80,46 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş