Azərbaycan neftinin qiyməti 84 dollara çatır
Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb. Şəffaflıq.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,95 ABŞ dolları, yaxud 2,38% artaraq 83,8 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb
Xəbəri paylaş
Facebook-da paylaş