Zöhrə Ağamirova uğurunu şərh etdi
Bakıda keçirilən Bədii Gimnastika üzrə 39-cu Avropa çempionatında topla fərdi çıxışında bürünc medal qazanan Zöhrə Ağamirova uğurunu şərh edib. Oxu.Az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında maksimumunu etməyə çalışdığını söyləyib: “Məqsədim proqramlarımı yaxşı yerinə yetirmək idi. Çox şey alınmadı. Ciddi hazırlıq gedirdi. Maksimumu etməyə çalışdım. Şadam ki, medal qazana bildim”. Z.Ağamirova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevaya onu və qrup hərəkətləri komandasını təbrik etməsinə görə minnətdarlığını bildirib: “Mehriban xanıma diqqətinə görə təşəkkür edirəm. Onun bizi təbrik etməsinə görə çox şadıq”. Faiq Tahirov Şəffaflıq.az
Facebook-da paylaş