Rüstəm Orucov: “Karyeramla bağlı yayılan xəbərlər doğru deyil”


“Karyeramı başa vurmamışam. Yayılan xəbərlər doğru deyil”.

Bunu “Report”a açıqlamasında Azərbaycan cüdoçusu Rüstəm Orucov idmanla vidalaşması barədə çıxan iddialara münasibət bildirərkən deyib.

Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı karyerasını davam etdirəcəyini söyləyib:

“Özümdə bu gücü hiss edirəm. Avropa Cüdo Birliyinin Atletlər Komissiyasına üzv seçilməyim idmanla məşğul olmağıma mane olmur. Hazırda Lukaş Krpalek də həm güləşir, həm də beynəlxalq federasiyada çalışır”.

Avropa çempionu Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək arzusunda olduğunu bildirib:

“Hansı idmançı olimpiadada mübarizə aparmaq istəməz?! Təbii ki, bunun üçün reytinq xalları lazımdır. İlk yarışımın hansı olacağını dəqiq bilmirəm. Hər şeyi zaman göstərəcək”.

Rüstəm Orucov bundan sonra da 81 kq çəki dərəcəsində güləşəcəyini vurğulayıb.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}