Astarada qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.


Mayın 20-21-də Astarada qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.

Basketbol Federasiyasından verilən məlumata görə, Azərbaycan millisi ilə yanaşı, ikisi klub olmaqla ümumilikdə 12 komanda yarışda qüvvəsini sınayacaq. Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığmaları, həmçinin, Çinin “Yuanda” və Azərbaycanın “Neftçi” klubu turnirdə mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Qadın Seriyasının oyunları Astara bulvarında təşkil olunacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}