Aİ liderləri Türkiyə xalqını seçkidə fəallıqlarına görə təbrik etdilər
Aİ liderləri Ursula fon der Lyayen və Şarl Mişel Türkiyə vətəndaşlarını milli seçkilərin birinci turunda göstərdikləri yüksək fəallığa görə təbrik ediblər. Onlar bunu demokratiyanın qələbəsi adlandırıblar. “Bu, türk xalqının seçkilərə qatılmaq və səs vermək kimi demokratik hüquqlarından istifadə etməkdə qətiyyətli olduğuna və demokratik təsisatlara dəyər verdiyinə çox açıq işarədir”, - deyə Ursula fon der Lyayen qeyd edib. Mənbə: Zawya.com Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş