Azyaşlının yaşaması üçün köməyinizə ehtiyacı var - FOTO
2019-cu il təvəllüdlü Sunay Vüsal qızı Məmmədova ağır xəstəlikdən əziyyət çəkir. Bu barədə Oxu.Az-a onun atası Vüsal Məmmədov məlumat verib. O bildirib ki, 4 yaşlı qızı 2021-ci ilin sentyabr ayından kəskin limfoblastik leykoz (qan xərçəngi) ilə mübarizə aparır: “Qızım Bakıda Respublika Talassemiya Mərkəzində müalicə aldı. Ona sümük iliyi nəql edilməli idi. Lakin bacısı donor ola bilmədi. Ona görə də Sunayı İrana aparmaq qərarına gəldik. İranda isə nəticə əldə edə bilmədik deyə Türkiyədə “Acıbadem” xəstəxanasında müalicə alır. Bir dəfə Sunaya sümük iliyi köçürüldü. Lakin xəstəlik yenidən qayıtdı. Bu dəfə isə qızımın özündən kök hüceyrə götürülüb təmizləndikdən sonra özünə nəql ediləcək. Xəstəxanadan bizə bildiriblər ki, indiyə kimi bu qədər bahalı müalicə ilə qarşılaşmayıblar. Onlar bildiriblər ki, qızımın sağalması üçün 230 min dollar pul lazım olsa da, həmin məbləğin cəmi 31 180 manatını toplaya bilmişik. Mən tək bu ağır yükün altından çıxa bilmərəm. Xalqımın yardımsevər insanlarından xahiş edirəm ki, Sunayın sağalması üçün bizə kömək olsunlar”. Əlaqə nömrəsi: 055 423 88 33 (Vüsal Məmmədov) Şəffaflıq.az
Facebook-da paylaş