Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri İstanbulda görüşəcəklər
Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinlərinin mayın 5-i İstanbulda görüşməsi planlaşdırılır. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüslərindən sonra uzadılan “Taxıl dəhlizi” sazişinin vəziyyəti ilə bağlı danışan Akar bildirib: “Görüşdə başda taxıl məsələsi olmaqla bəzi mövzular da müzakirə olunacaq. Ümid edirik ki, taxıl sazişi problemsiz davam edəcək. Çünki bu saziş həm regional sülh və sabitlik, həm də ehtiyacı olan ölkələr üçün çox vacibdir. Bu kontekstdə deyə bilərik ki, tərəflər müddəti uzatmağa hazırdırlar. Arzu edirik ki, bu təşəbbüs problemsiz davam etdirilər”. Mənbə: Anadolu Şəffaflıq.az
Facebook-da paylaş