Aprel ayında zəhərlənmədən doqquz nəfər ölüb
Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 625 nəfər müraciət edib. Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan 119-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar. Qəbul olunan xəstələrdən 54-ü dərmandan, 37-si sirkə turşusundan, altısı etanoldan, altısı ilan sancmasından, ikisi göbələkdən, biri arı sancmasından, biri dəm qazından zəhərlənib. Digərlərindən doqquzu allergik reaksiya, ikisi botulizm, biri isə anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin 60-ı kişi, 40-ı qadın, 19-u isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, altı nəfər sirkə turşusundan, bir nəfər komatoz vəziyyətdən, bir nəfər etanoldan, bir nəfər botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən səkkizi kişi, biri qadındır. Şəffaflıq.az
Facebook-da paylaş