Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərdən biri ölüb
Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 72 nəfər müraciət edib. Bu barədə KTM-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, onlardan 15-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar. Şöbəyə qəbul olunan xəstələrdən səkkizi qadın, altısı kişi, biri uşaq olmaqla altısı dərmandan, beşi sirkə turşusundan, ikisi etanoldan, biri ilan sancmasından zəhərlənib. Bir nəfər isə allergik reaksiya səbəbindən şöbəyə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sirkə turşusundan zəhərlənən bir nəfər qadın dünyasını dəyişib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş